Sudanda Xartum Beynəlxalq Hava Limanı bağlanıb

27 Oktyabr 2021 13:39 (UTC+04:00)

Ordu komandiri general Əbdülfəttah əl-Burhanın fövqəladə vəziyyət qərarından sonra mülki administrasiya tərəfdarlarının etirazlarına şahidlik edən Sudanda Xartum Beynəlxalq Hava Limanı bağlanıb. SİA bu barədə rus mətbuatına istinad edir.

Sudan Mülki Aviasiya Təşkilatından yayılan məlumatda hava limanının 26-30 oktyabr tarixlərində uçuşlara bağlanacağı bildirilib.

Türk Hava Yolları da ölkədə baş verən hadisələrlə əlaqədar Sudanın paytaxtı Xartuma bu gün və sabah uçuşları təxirə salıb.

Qeyd edək ki, oktyabrın 25-də səhər saatlarında Sudanda baş nazir Abdullah Hamduk və bir çox siyasətçi saxlanılıb.

Mülki qanadda hərbi müdaxilədən sonra hökumətin mülki qanadı və bir çox siyasi partiyalar xalqı küçələrə çıxmağa çağırıb.

Çağırışdan sonra paytaxt Xartumun müxtəlif yerlərində toplaşan minlərlə sudanlı hərbi müdaxiləyə qarşı nümayişlərə başlayıb.

General Əbdülfəttah əl-Burhan fövqəladə vəziyyət elan etdiklərini, Suverenlik Şurası və Nazirlər Kabinetinin buraxıldığını, Sudanın bütün təbəqələrini təmsil edəcək texnokratik hökumət qurulacağını açıqlayıb.