Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir

27 Oktyabr 2021 12:47 (UTC+04:00)

Rauf Əliyev

Milli Məclisin deputatı

Əvvəldən nəzərdə tutulduğu kimi 26 oktyabr 2021-ci il tarixdə Türkiyə Cumhuriyyətinin Prezidenti cənab Rəcəb Təyyib Ərdoğanın Azərbaycana növbəti səfəri baş tutdu. Bu səfər çərçivəsində iki qardaş ölkə liderlərinin birlikdə Fizuli Beynəlxalq Hava Limanının açlış mərasimində, Zəngilan rayonunda “Dost Aqropark”ın və “Zəngəzur” dəhlizinin təməlqoyma mərasimlərində iştirak etməsi bütün dünyaya verilən birlik və qardaşlıq mesajıdır. Azərbaycan 44 gün davam edən Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin ildönümü ərəfəsində Füzuli Beynəlxalq Hava Limanını istifadəyə verməklə hansı potensiala malik oduğunu, nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Müharibədən sonra keçən bir il ərzində işğaldan azad olunmuş ərazilərdə cənab Prezident İlhm Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən geniş miqyaslı tikinti –quruculuq, bərpa işləri bütün dünyaya göstərir ki, Azərbəycan bütün sahələrdə masir tələblər səviyyəsində inkişaf etmək iqtidarındadır və qarşıya qoyulan bütün vəzifələr uğurla həyata keçiriləcəkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Türkiyə Prezidenti cənab Rəcəb Təyyib Ərdoğanla birlidə bu açlış və təməlqoyma mərasimlərində iştirakı təkcə dostluq və qardaşlıq nümunəsi deyil, bu eyni zamanda ölkələrimiz və xalqlarımız arasında möhkəm birliyin və həmrəyliyin olduğuna bariz nümunədir.

Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi təkcə bu rayonun deyil, bütövlükdə Qarabağın, Şərqi Zəngəzurun hərtərəfli inkişafına şərait yaradacaq. Eyni zamanda bu hava limanı yerləşdiyi coğrafi məkana görə eyni zamanda bütün türk dünyası üçün mühüm nəqliyyat mərkəzinə çevriləcək. İki qardaş ölkənin liderlərinin bu açlış mərasimində və təməlqoyma mərasimlərində birgə iştirak etməsi bütün dünyaya, ilk növbədə region ölkələrinə Azərbaycan-Türkiyə qardaşlığının və həmrəyliyinin nümayişidir. Bu bir daha göstərir ki hazırda Azərbaycan –Türkiyə münasibətləri tarixdə özünün ən yüksək səviyyəsini yaşayır və bu münasibətlər ildən-ilə daha də möhkəmlənəcək və daha yüksək inkişaf mərhələləri fəth olunacaq. yap.org.az