Amerikalı milyarderlər yeni “dezinformasiya ilə mübarizə” şirkəti yaratdılar

27 Oktyabr 2021 11:58 (UTC+04:00)

Corc Soros və Reed Hoffman da daxil olmaqla amerikalı milyarderlər yeni media şirkətlərini və dezinformasiya ilə mübarizə səylərini maliyyələşdirmək üçün yeni ictimai korporasiya yaradırlar. SİA Axios-a istinadən xəbər verir ki, "Good Information Inc." şirkəti faktlara söykənən məlumatları dəstəkləyən media qurumlarını maliyyələşdirəcək və inkişafına dəstək olacaq.

Missiyanı həyata keçirən Qrupa əvvəllər qeyri-kommersiya təşkilatı ACRONYM-ə rəhbərlik etmiş keçmiş demokrat, strateq Tara McGowan rəhbərlik edəcək. "Good Information Inc"a investorlar Ken və Jen Duda, İncite Ventures və Corc Soros maliyyə dəstəyi göstərəcəklər. "Biz investorlarımız haqqında məlumatları açıqlayırıq, çünki inanırıq ki, bu inamsızlıq mühitində şəffaflıq həqiqətən vacibdir", deyə McGowan bildirib.

"Good Information Inc". dezinformasiya böhranını aradan qaldırmaq üçün yeni sahələrə sərmayə qoyacaq. Bu, fəaliyyətdə olan xəbər agentliklərindən tutmuş, xəbərlər dərc edən yeni şirkətlərin də maliyyələşdirilməsi demək olar.

McGowan deyib ki, əgər onların redaksiya standartları fakta əsaslanan məlumatları dəstəkləsə, qrup siyasi istiqamətli təşkilatlara da sərmayə qoya bilər: "Bizim düşdüyümüz informasiya böhranı siyasətdən daha dərindir".