Dünya fond bazarlarının əsas indeks göstəriciləri

27 Oktyabr 2021 09:18 (UTC+04:00)

Oktyabrın 26-da Amerika fond bazarında Dow Jones indeksi 0,04 faiz – 35,756.88 bəndədək, S&P 500 indeksi 0,18 faiz – 4,574.79 bəndədək, Nasdaq indeksi isə 0,06% – 15,235.71 bəndədək yüksəlib.

SİA "APA -Economics"in məlumatına istinadən xəbər verir ki, Avropa fond bazarlarında oktyabrın 26-da FTSE 100 indeksi 0,76 faiz– 7,277.62 bəndədək, Fransanın CAC-40 indeksi 0,80 faiz – 6,766.51 bəndədək, Almaniyanın DAX indeksi isə 1,01 faiz – 15,757.06 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,19 faiz azalaraq 1 790 dollara bərabər olub.