Tovuzda piyadanı maşın vurub öldürüb

27 Oktyabr 2021 08:37 (UTC+04:00)

Tovuzda piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın yerli bürosunun məlunatına görə hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 2005-ci il təvəllüdlü
Qasimov Bədəl İlham oğlunu vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.