...Ölən deputatın bədənində daha bir maddə tapılıb

27 Oktyabr 2021 07:46 (UTC+04:00)

Ukrayna daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin bildirib ki, Ali Radanın mərhum deputatı Anton Polyakovun bədənində metadonla yanaşı, dimiderol və narkotik maddə aşkar edilib.

SİA-nın məlumatına görə, bundan əvvəl Daxili İşlər Nazirliyinin mətbuat katibi Artem Şevçenko Polyakovun bədənində spirt və metadon tapıldığını bildirmişdi.

Qeyd edək ki, sentyabrın 8-də Kiyev polisi deputat Polyakovun ölü tapıldığını, taksi ilə gedərkən özünü pis hiss etdiyini və öldüyünü bildirib. Daha sonra Ukrayna Baş Prokurorluğu Polyakovun meyiti yarılıb. Nəticələrə görə, ölümün ürək xəstəliyi ilə əlaqədar olduğu bildirilib.