Əfqanıstandakı vəziyyət müzakirə edilib

27 Oktyabr 2021 04:41 (UTC+04:00)

Fransa Prezidenti Emmanuel Makron və Çin Sədri Si Cinpin arasında telefon danışığı olub.

Bu barədə Yelisey sarayının yaydığı kommünikedə deyilir.

Liderlər telefon söhbəti zamanı Əfqanıstandakı vəziyyəti müzakirə ediblər.

Danışıqlarda Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” qarşısında terrorizmlə mübarizə və qadınların hüquqlarına hörmətlə bağlı tələblər qeyd edilib.

Liderlər həmçinin strateji sahələrdə layihələrin sürətlə inkişafı üçün sıx əməkdaşlığı davam etdirməyə razılaşıblar. Makron eləcə də Çini iddialı iqlim təşəbbüslərini dəstəkləməyə çağırıb.