Bayden Si Szinpinlə görüşməkdə israrlıdır

27 Oktyabr 2021 03:46 (UTC+04:00)

ABŞ prezidenti Cozef Bayden əmindir ki, rəsmi Vaşinqton və Pekin arasındakı rəqabət fonunda diplomatik təmaslar xüsusi əhəmiyyət kəsb etdiyi üçün Çin Xalq Respublikasının Sədri Si Szinpinlə görüş zəruridir.

Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.

O, qeyd edib ki, Bayden Si Szinpinlə şəxsi əlaqə imkanının olmasını vacib hesab edir.

“Əgər Si Szinpin üçün səyahət məhdudiyyətlərinə görə bunu şəxsən etmək mümkün deyilsə, onda virtual görüş keçirmək ən yaxşısı olardı. Biz məhz bunu edəcəyik”, – Sallivan Ağ Evdəki brifinqdə deyib.