ABŞ-da 5-11 yaşlı uşaqlar peyvənd olunacaq?

27 Oktyabr 2021 02:29 (UTC+04:00)

ABŞ-ın Qida və Dərman preparatlarına Nəzarət İdarəsinin (FDA) mütəxəssisləri "Pfizer/BioNTech" vaksininin 5-11 yaşlı uşaqlar üçün istifadəsini təsdiq etməyə çağırıblar.

SİA xəbər verir ki, qərarı komissiyanın 17 üzvü dəstəkləyib. Yaxın vaxtlarda ekspertlərin tövsiyəsi FDA rəsmiləri tərəfindən nəzərdən keçiriləcək və müraciətlə bağlı yekun qərarı veriləcək.

Bundan əvvəl, "Pfizer/BioNTech" vaksini 12-15 yaş arası uşaqların peyvənd edilməsi üçün oxşar sertifikatlaşmadan keçmiş, 16 yaş və daha yuxarı olanlarda istifadə üçün təsdiq edilmişdir.