Facebook səhmləri 4 faizədək ucuzlaşıb

27 Oktyabr 2021 03:22 (UTC+04:00)

Nyu-York Fond Birjasında Facebook-un səhmləri rüblük hesabatların dərci fonunda 4 faizədək ucuzlaşıb.

SİA xəbər verir ki, şirkətin bir səhminin qiyməti 12,88 dollar (-3,92 faiz) azalaraq 315,81 dollara düşüb.

Şirkətin rüblük hesabatlarına görə, Facebook-un gəliri bu ilin üçüncü rübündə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 35 faiz artaraq 29 milyard dollar təşkil edib. Bununla belə, investorlar gəlirin daha da yüksək - ən azı 29,58 milyard dollar olacağını gözləyirdilər.