“Forbes” tarixinin ən varlı insanı

27 Oktyabr 2021 00:47 (UTC+04:00)

Milyarder İlon Mask “Tesla”nın səhmlərinin qiymətinin artması fonunda 270 milyard dollarlıq sərvətlə “Forbes” tarixinin ən varlı insanı olub. SİA bu barədə xarici mətbuata istinad edir.

Bu barədə nəşrin məlumatında deyilir. “Tesla” rəhbərinin ötən sessiyada sərvəti 41,7 milyard dollar artaraq 271,3 milyard dollar olub.

Nəşr bildirir ki, bu, 1983-ci ildən aparılan hesablamalar tarixində ən yüksək göstəricidir.