Ukrayna ilk dəfə “Bayraktar”dan yararlanıb

27 Oktyabr 2021 00:31 (UTC+04:00)

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ölkə mətbuatının hərbçilərin Donbasda ilk dəfə Türkiyənin “Bayraktar” hücum pilotsuz təyyarəsindən istifadə etməsi ilə bağlı xəbəri təsdiqləyib.

SİA-nın məlumatına görə, bu barədə qərargahın mətbuat mərkəzi “Facebook” yazıb.

“Oktyabrın 26-da Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı general-leytenant Valeri Zalujnının əmri ilə Birləşmiş Qüvvələr əməliyyatı aparılan ərazidə “Bayraktar” pilotsuz təyyarəsi kəşfiyyat - zərbə döyüş əməliyyatını həyata keçirib”, deyə məlumatda bildirilib.