Ermən prezident Səudiyyəyə gedib

27 Oktyabr 2021 00:25 (UTC+04:00)

Ermənistan Prezidenti Armen Sarkisyan Səudiyyə Ərəbistanına işgüzar səfər edib.

Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Sarkisyanı Ər-Riyad hava limanında Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adel əl-Cubeyr qarşılayıb.

Bildirilir ki, indiyədək Ermənistan və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr olmayıb və erməni rəsmilər indiyədək bu ölkəyə səfər etməyiblər. Mətbuat xidməti Sarkisyanın səfərini tarixi addım adlandırıb.

Azərbaycan ərazilərinin işğalına görə Səudiyyə indiyədək Ermənistanla heç bir əlaqə saxlamayıb. Görünür, Bakının zəfərindən sonra Krallıq Ermənistanla münasibətlərin artıq müsəlman həmrəyliyinə xələl gətirmədiyi üçün başlanmasını uyğun bilib.