Kilian Mbappe "Real"a keçəcək

26 Oktyabr 2021 22:57 (UTC+04:00)

PSJ-nin hücumçusu Kilian Mbappe "Real"a keçmək haqqında qərar verib.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı italyan jurnalist Canluki Di Marzio yayıb. Onun sözlərinə görə, fransalı futbolçunun Madrid klubu ilə müqaviləsi artıq hazırdır. Tərəflər arasında gələn ilin fevralından tez olmayaraq sözləşmə imzalanacaq.

Mbappenin PSJ ilə müqaviləsi mövsümün sonuna qədərdir. Ona görə də gənc hücumçu "Real"a azad agent kimi keçəcək.