Dünyada xüsusi olaraq qorunan yeganə heyvan hansıdır?

26 Oktyabr 2021 22:50 (UTC+04:00)

Təbiət bizi hər gün daha çox təəccübləndirməyə davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə zürafələrin sarı rənginin üzərindən qəhvəyi ləkəli palto olduğunu bilirdik, amma məlum oldu ki, ağ zürafələr də var. Dünyanın yeganə ağ zürafəsi Keniyada yaşayır. Ov qurbanı olmamaq üçün səlahiyyətlilər zürafəni çipləyiblər. Keniya hakimiyyəti erkək ağ zürafənin hər addımını izləyir, təhlükəsizliyini təmin edir. Dünyada tanınan yeganə ağ erkək zürafə hazırda Keniyada yaşayır. Bu inanılmaz gözəl ağ zürafənin atdığı hər addım onun üzərində quraşdırılmış GPS vasitəsilə izlənilir. Buna səbəb qeyri-qanuni ovun qurbanı olmamasıdır. Mart ayında bir ana və bir bala olmaqla 2 digər ağ zürafənin öldürülməsi səlahiyyətlilərin həyəcanlı olmasına səbəb olub. Zürafənin ağ rəngdə olmasının səbəbi genetik mutasiya olan leykizmdir. Zürafəni qoruyan komandada olan Əhməd Nur, "Zürafənin otladığı ərazi son zamanlar yağışlar sayəsində məhsuldar olub. Bu, onun gələcəyi üçün yaxşı bir işarədir" dedi. Zürafələr ovçuların hədəfində olan yeganə ağ heyvan deyil. Kanadada ağ marallar brakonyerlik səbəbindən az qala məhv edilib.

Ruqəyya Orucova