"Bölgədə sülh içində parlaq bir gələcək mümkündür"

26 Oktyabr 2021 22:27 (UTC+04:00)

"Bölgədəki inkişafdan İran, Gürcüstan, Ermənistan da daxil olmaqla, Azərbaycanın bütün qonşuları istifadə edəcək. Bu prosesdə sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir. Mehriban qonşuluq münasibətlərinin əsasını da bu anlayış təşkil etməkdədir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında söyləyib.

Türkiyə Prezidenti deyib ki, bu məsələlərdə Ermənistan Azərbaycanla problemlərini həll etmək istiqamətində səmimi bir iradə göstərməlidir:

“Əgər belə olarsa, Türkiyənin Ermənistanla əlaqələrinin də normallaşmasının qarşısında bir maneə qalmayacaq. Dünyanın bu gözəl bölgəsində sülh içində yaşanacaq parlaq bir gələcək, əlbəttə ki, mümkündür.

Davamlı sülhün yaradılması istiqamətində atılacaq hər müsbət addımın qarşılığını Türkiyənin də eyni konstruktiv anlayışla verəcəyini bir daha xüsusi vurğulayıram”.