Türkiyə Kosmik Agentliyi IAF-a üzvü olub

26 Oktyabr 2021 22:01 (UTC+04:00)

Türkiyə Kosmik Agentliyinin (TUA) Beynəlxalq Astronavtlar Federasiyasına (IAF) rəsmi üzvlüyü qeydə alınıb.
Türkiyə Kosmik Agentliyinin (TUA) "Twitter" hesabında IAF üzvlüyü ilə bağlı açıqlama verilib. SİA bu barədə türk mətbuatına istinad edir.

Açıqlamada TUA-nın 71 ölkədən 407-dən çox üzvü olan ən böyük kosmik quruluşa rəsmi üzvlüyünün IAF Baş Assambleyasında qeydə alındığı bildirilib.

"Kosmos sahəsində aparılan beynəlxalq araşdırmalarda söz sahibi olan bir Türkiyə üçün bütün gücümüzlə çalışmaqda davam edəcəyik” ifadəsi yer alıb.