İşğaldan azad edilən bölgələrin qısa müddətdə sürətlə inkişaf etdirilməsi hər siyasətçinin işi deyil - Rəcəb Tayyib Ərdoğan

26 Oktyabr 2021 20:56 (UTC+04:00)

Bu gün etdiyimiz səfər zamanı Azərbaycandakı işğaldan azad edilən bölgələrin qısa müddətdə necə dirçəldiyini, necə sürətlə inkişaf etdiyini görürük. Bu hər igidin, hər siyasətçinin işi deyil. SİA xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında bildirib.

Türkiyə Prezidenti deyib ki, bu qədər qısa müddətdə bu investisiyaları yatırmaq və bu işləri həyata keçirmək buralardan ayrılmağa məcbur qalmış azərbaycanlı qardaşlarımıza bir müjdədir. “İnanıram ki, azərbaycanlı qardaşlarım ən qısa müddətdə son dərəcə gözəl bir şəkildə inşa edilən, bərpa olunan bu yerlərə qayıtmaq imkanı əldə edəcəklər”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.