Yapon şahzadəsi ölkəni parçaladı

26 Oktyabr 2021 21:24 (UTC+04:00)

Yapon şahzadəsi Mako öz qərarı ilə cəmiyyəti iki yerə böldü və kral titullarından imtina etdi. Ağılını itirmək həddinə gəldiyini izah edən Şahzadə sözün əsl mənasında ölkəni silkələyib. SİA xarici mətbuata istinadən bildirir ki, Yaponiya şahzadəsi Mako 2012-ci ildə Tokioda universitetdə tanış olduğu sevgilisi Kei Komuro ilə evlənib.

Şahzadə Mako bu evliliklə kral statusunu itirib. Vəliəhd şahzadə Fumihitonun böyük qızı və iqtidarda olan İmperator Naruhitonun qardaşı qızı 30 yaşlı Mako səkkiz illik nişanından sonra çərşənbə axşamı günü Tokioda kollec sevgilisi Kei Komuro ilə evlənib.

Abutel İlhamqızı