Gündə bir stəkan nar suyu içməyin faydaları

26 Oktyabr 2021 21:24 (UTC+04:00)

Payız-qış mövsümünün ən sevilən meyvələrindən biri olan nar bazar və marketlərdə piştaxtaları rəngləndirir. Narı xüsusi edən, ləzzətinin yanında çox yüksək antioksidant tərkibli bir meyvə olmasıdır. SİA xarici mətbuata istinadən bildirib ki, bu xüsusiyyəti tərkibindəki polifenollar təmin edir ki, bu da ona qırmızı rəng verir. Bundan əlavə, lif, zülal, C vitamini, K vitamini, fol turşusu və kalium baxımından zəngindir. Bəs, tumları və qabığı qədər şəfa mənbəyi olan nar hansı problemlərdə təsirlidir?

Nar C vitamini ilə zəngin bir meyvədir. Gündəlik bir stəkan nar suyu c vitamin ehtiyacının yarısını qarşılayır. Ancaq şəkər xəstəliyi qaraciyər yağlanması və triqliseridlərin yüksək olması kimi hallarda çox meyvə şəkəri qəbul edilməməlidir, ona görə də nar suyu yerinə az miqdarda narın özünü yemək daha məqsədəuyğun olar.
Həzm sistemini tənzimləyir. Yeməyin həzm olunmayan hissələrinə lif və ya pulpa deyilir. Həzm probleminiz varsa, narın şirəsini deyil, çəyirdəyini lələyi ilə birlikdə istifadə etməyiniz lazımdır. Çünki nar suyunu hazırlayarkən onun pulpa hissəsi yoxa çıxır.

Lifin həzm sistemində yaşanan qəbzlik kimi problemlərdə təsirli olması nizamlı olaraq lif istifadə edən insanlarda çəki nəzarəti asanlaşır. Sağlam insan gündə 25-35 qram lif qəbul etməlidir.

İmmunitet sistemini gücləndirir. Nar tərkibindəki zəngin C, E, K vitaminləri ilə yanaşı kalsium, kalium, maqnezium və minerallarla da immunitet sistemini dəstəkləyərək xəstəliklərdən qorunmamızda mühüm rol oynayır.

Dərimiz üçün vacibdir. Hər gün kifayət qədər C vitamini almaq dəri sağlamlığı üçün də böyük əhəmiyyət kəsb edir. Nar tərkibindəki C vitamini ilə dəridə kollagen sintezini stimullaşdıra bilər. Bu sayədə dəriyə elastiklik verir, qırışların əmələ gəlməsini gecikdirir və dərinin canlı görünüşə sahib olmasını təmin edir.

Abutel İlhamqızı