Dişlərinizin rəngini dəyişən maraqlı vərdişlər bunlardır

26 Oktyabr 2021 21:22 (UTC+04:00)

Araşdırmalar göstərir ki, kiminləsə rastlaşanda insanlarda ən çox diqqət çəkən şey təbəssümləridir. Təbəssümünüzü gözəl edən ən əsas şey əlbəttə ki, dişlərinizdir! Sia xarici mətbuata istinadən bildirir ki, istifadə etdiyiniz məhsullar dişlərinizin rəngini dəyişdirir. Dişlərinizin rəngini dəyişən vərdişləri təqdim edirik.

Çiyələyin tərkibində zərərli kimyəvi maddələr olmadan gülüşünüz üçün möcüzələr yarada bilən diş ağardıcı ferment olan alma turşusu var. Mirvari kimi ağ dişlər istəyirsinizsə 1 çiyələyi püre halına gətirin və ya əzin və yarım çay qaşığı qabartma tozu əlavə edib qarışdırın. Həmin qarışığı diş fırçası ilə dişlərinizə tətbiq edin. Çiyələyin tərkibindəki alma turşusu dişlərinizi ləkələyən hissəcikləri parçalamağa kömək edir, qabartma tozu isə daha ağ gülüşə kömək edir.

Buzlu çay dişlərinizin saralmasının qarşısını alır. Spirtli içkilər diş minasına zərər verir. İsti çay dişlərinizin asanlıqla saralmasına səbəb olur, lakin buzlu çay ağ dişlər üçün ideal bir içkidir. Buzlu çayda olan alma turşusu tüpürcək istehsalını artırır və dişlərinizdə rəng dəyişikliyi və çürüklərlə mübarizə aparır.

Abutel İlhamqızı