Lukaşenko gizli şayiələri rədd edir

26 Oktyabr 2021 19:21 (UTC+04:00)

Belarus prezidenti Aleksandr Lukaşenko koronavirusa qarşı xarici, Qərb peyvəndi ilə gizli şəkildə peyvənd edildiyi üçün xəstələrin COVID-19 üçün müalicə olunduğu Belarus klinikalarının "qırmızı zonalarına" baş çəkməkdən qorxmaması ilə bağlı ehtimalları təkzib edib. SİA xəbər verir ki, Lukaşenkonun Qrodno vilayətində xəstəxanaya səfəri zamanı dedikləri çərşənbə axşamı prezidentin mətbuat xidmətinə yaxın "Telegram" kanalı tərəfindən yayılıb.

“Biz artıq o nöqtəyə çatmışıq ki, Lukaşenko əsas kovid-dissidentdir... İndi hamı bir fikirdədir ki, Lukaşenko qırmızı zonalarda gəzir, hələ ölməyib... Və bir əclaf bəyanat verib ki, Lukaşenko ölmür, çünki ona hansısa xarici peyvənd vurulub.Bizim ölkədə xarici peyvənd yoxdur, “Sputnik” və Çin peyvəndi istisna olmaqla. Bu peyvəndlər Qərbin vaksinlərindən də pis deyil”, deyə Lukaşenko Qrodno vilayətində xəstəxanaya səfəri zamanı bildirib.