Şəhid sərhədçilərin anım tədbirləri davam edir - FOTOLAR

26 Oktyabr 2021 18:44 (UTC+04:00)

Ölkəmizin ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda Vətən Müharibəsində həlak olmuş sərhədçilərin anım tədbirləri davam edir. SİA xəbər verir ki, Şəhid gizir Yusifzadə Xudayar Müslüm oğlu, gizir Ələkbərov Məhəmmədəli Bayram oğlu, kiçik gizir Hüseynov İmaməli Cəlil oğlu, kiçik gizir İbrahimov Elnur Dönməz oğlu, kiçik gizir İbrahimov Sultan Mikayıl oğlu, kiçik gizir Rzalı Daşqın Elşad oğlu, kiçik gzir Xosrovzadə İlkin Azay oğlunun anım mərasimlərində Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti, ictimaiyyət nümayəndələri iştirak edib, şəhidlərin məzarlarını ziyarət edib, gül çələngi qoyublar.

Mərasimlərdə iştirak edənlər Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda şəhadət zirvəsinə ucalmış şəhidlərimizin qəhrəmanlıq salnamələri yazdıqları barədə danışılıb, onların Vətən yolunda bizlərə qələbə sevincini yaşadan fədakarlığının yaddaşlardan silinməyəcəyi vurğulanıb.

Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi, onların ailələrinin sosial müdafiəsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələ-rin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən olduğu, qeyd olunan məsələlərin daim diqqət mərkəzində saxlanıldığı bildirilib.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə edib, dövlətimiz tərəfindən torpaqlarımızın azad olunması uğrunda həlak olan qəhrəmanların xatirələrinin əbədiləşdirilməsi, ailələrinə göstə-rilən yüksək diqqət və qayğıya görə minnətdarlıq bildiriblər.