Hindistanın vaksini ÜST tərəfindən təsdiqlənə bilər

26 Oktyabr 2021 18:26 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqaret Harris açıqlama verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada Harris Hindistanın "Bharat BioNTech" biotexnologiya şirkəti tərəfindən yeni növ koronavirusa (Kovid-19) qarşı istehsal edilən "Kovaksin" peyvəndinin təcili istifadəsinə 24 saat ərzində icazə verə biləcəklərini bildirib.