Fillər dişsiz doğulur?

26 Oktyabr 2021 18:24 (UTC+04:00)

Dişləri üçün ovlanan fillər indi dünyaya dişsiz gəlirlər. Mütəxəssislər bunun təkamül reaksiyası olduğunu, dişi fillərin DNT-lərində dişləri üçün ovlanmaq qorxusu ilə dişlərindən imtina etdiyini deyirlər. SİA xarici mətbuata istinadən bildirir ki, bu dəyişikliyə 1977-1992-ci illərdə Mozambik vətəndaş müharibəsindən sonra başlayan fil dişi ticarəti səbəb olub. Halbuki fillərin dişləri həyatları üçün çox əhəmiyyətlidir. Ağır budaqları qaldırır, döyüşdə istifadə edir və dişləri ilə torpağı qazaraq yeraltı sularına çatırlar. Dişləri kommersiya məqsədləri üçün istifadə edilən fillər ovdan qaçmaq üçün təkamül keçiriblər.

1977-1992-ci illər arasında Mozambikdə gedən vətəndaş müharibəsi zamanı silah tədarükü üçün pul tapmaq çətin idi. Bunun əvəzinə fillər ovlanır və onların dişləri pul kimi istifadə olunurdu. Bu gün Qoronqosa Milli Parkı kimi tanınan ərazidəki fillərin 90 faizinin nəsli bu səbəbdən kəsilib. ABŞ alimləri müəyyən ediblər ki, fillər öz növbəsində sürətli müdafiə mexanizmi inkişaf etdiriblər. Fillər artıq “diş” genini nəsillərinə ötürmürlər. Dişləri olmayan dişi fillərin dişlərin inkişafında rol oynayan xüsusi bir gen mutasiyasına məruz qaldıqları anlaşılıb. Bu irəliləyiş dişsiz dişilərin dişilərdən beş dəfə uzun yaşaması ilə əlaqələndirilib.

Abutel İlhamqızı