Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI

26 Oktyabr 2021 14:43 (UTC+04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 233 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 348, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 885 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 424 902, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 086 757, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 338 145 təşkil edir.