Ermənistan parlamentində qapalı iclas: - Mövzu sərhəddir

26 Oktyabr 2021 13:13 (UTC+04:00)

Ermənistan parlamentinin qapalı iclasında “Ermənistanla Azərbaycan arasındakı təmas xəttindəki vəziyyət və sərhədlərin müəyyənləşdirilməsi məsələləri” mövzusunda qapalı müzakirə aparılacaq. SİA “Armenpress”ə istinadən xəbər verir ki, vitse-spiker Ruben Rubinyan bildirib ki, deputatlarının demək olar ki, 1/5-i “Ermənistanla Azərbaycan arasında təmas xəttində vəziyyət və demarkasiya məsələləri” mövzusunda qapalı iclasda təcili müzakirə təklif edib.

Bu qərarı 63 deputat dəstəkləyib, 17 deputat bitərəf qalıb.

Həmməruzəçi qismində Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Kamo Koçunts və Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandanı Arman Maralçyanın çıxış etməsi təklif edilib. Qərar layihəsi səsə qoyularaq qəbul edilib.