“Covid-19” psixi problemlər də yaradırmış...

26 Oktyabr 2021 13:06 (UTC+04:00)

Aparılan tədqiqatlar nəticəsində ki, yeni növ koronavirusa (Covid-19) yoluxmuş bir çox insanın bir müddət sonra psixi problemlər yaşadığı da məlum olub. SİA bu barədə xarici mətbuata istinad edir.

Beləliklə, ABŞ-da Nyu-Yorkdakı Munt Sinai xəstəxanalarında müalicə olunan Covid-19 xəstələri üzərində aparılan bir araşdırmanın nəticələrinə görə, xəstələrin 24%-də "Uzun Covid" olaraq adlandırılan simptomlar qeydə alınıb. Sağaldıqdan aylar sonra sağlamlıq problemlərinin davam etdiyi təsbit edilib. Araşdırma nəticəsində məlum olub ki, bu xəstələrdə yaddaş, çox işə fokuslanmaq, düşünmə sürəti və diqqət kimi zehni bacarıqlarla bağlı problemlər diaqnozdan sonra daha 7 ay davam edir. Bildirilir ki, xəstələrin ən çox qarşılaşdıqları problem, onların yeni xatirələr yarada bilməmək və köhnə xatirələri xatırlaya bilməməkdir.

Tədqiqat iştirakçılarından həkim İqor Koralnik yüngül xəstəlik keçirən gənclərdə bu problemlərin niyə yarandığını və nə vaxt sağalacaqlarını bilmədiklərini, lakin bəzi xəstələrin psixi problemlərə görə özlərinə baxa bilməyəcək vəziyyətlə qarşılaşdıqlarını bildirib.