Şəhid Elçin Həsənlinin anım mərasimi keçirilib - VIDEO

26 Oktyabr 2021 12:45 (UTC+04:00)

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə C.Naxşıvanski adına Hərbi Liseydə şəhid Elçin Həsənlinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. SİA xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bötövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Şəhid Elçin Həsənlinin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.

Şəhidin atası Vaqif Həsənli övladı haqqında xatirələrini bölüşüb.

Qeyd olunub ki, Şuşa uğrunda gedən döyüşdə şəhid olan Elçin Həsənli göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medallarına layiq görülüb.

Şəhid anası Xatirə İsmayılova ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivi vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqi nömrələri təqdim edib.