Uşaqlarda tez-tez qusma hallarının səbəbləri nələrdir? - HƏKİM AÇIQLADI

26 Oktyabr 2021 12:41 (UTC+04:00)

"Son zamanlar uşaqlarda yayılan qusma, ishal, yüksək qızdırma mədə-bağırsaq infeksiyasıdır. Bu, ən çox bağçaya gedən uşaqlar arasında yayılıb". Bu sözləri SİA-ya açıqlamasında pediatr Səidə Əhmədova deyib.

Onun sözlərinə görə, əgər uşaq qusursa və ya ishal müşahidə olunursa, orqanizm su və elektrolit itirir: "İtirdiyi maye və elektroliti bərpa etmək üçün hər qusma və ishaldan sonra 5-10 ml su qəbul etməlidir".

Həkim sözlərinə belə davam edib: "Əgər uşaq qusursa, ishal da qeyd olunursa və yanaşı yüksək temperatur müşahidə olunarsa, bədən daha çox su itirəcək. Ev şəraitində uşaq maye qəbul etməzsə, qıcolma müşahidə oluna bilər. Bunun qarşısını almaq üçün həkimə müraciət edin, vena daxili maye və elektrolitlər qəbul etməsi təmin olunsun".

Ayşən Vəli