Mateuş Piskorski: “İrəvan Qərbə arxalandı və bu da onun tamamilə məhvinə gətirib-çıxardı” ŞƏRH

26 Oktyabr 2021 11:50 (UTC+04:00)

“Bilirsiniz, belə bir ifadə var: “Hər zaman yaxşı ola bilər”. Bu gün Polşa ilə Azərbaycan arasındakı münasibətlər dostluq xarakteri üzərindədir. Mənim nəzərimcə, ilk növbədə, bizim ölkələrimiz arasındakı ticarət dövriyyəsinin necə artırılması barədə düşünmək lazımdır. Axı ölkələrimizin mövcud olduğu imkanları nəzərə alsaq, bu, elə də böyük deyil. İqtisadi əlaqələri stimullaşdırmaq, energetika və s. sektorlarda əməkdaşlığı gücləndirmək lazımdır. Bir çox ekspertlər enerji resurslarının diversifikasiyasının vacibliyi barədə danışırlar. Başqa sektorları da inkişaf etdirmək lazımdır, məsələn, innovasiya texnologiyaları sahəsində mübadilələr etməyi. Beləliklə, hər zaman nəyinsə üzərində işləmək imkanları var. Mənim nəzərimcə, bizim dövlətlər qarşılıqlı əməkdaşlığa ehtiyac duyurlar”.

SİA xəbər verir ki, bu barədə caliber-ə siyasi elmlər namizədi, Avropanın geosiyasi mərkəzinin analitiki, polşalı politoloq Mateuş Piskorski deyib.

Azərbaycanın 44 günlük müharibədəki qələbəsi barədə də danışan polşalı politoloq bildirib ki, əgər Azərbaycanla Ermənistanın hərbi büdcə xərclərini müqasiyə etsək, bu zaman Bakının 44 günlük müharibədəki qələbəsinin gözlənilən olduğunu inamla söyləmək olar. Onun sözlərinə görə, bu barədə uzun illərdir ki, danışılırdı.

“Məhz Paşinyanın düşüncəsiz fəaliyyəti müharibənin baş qaldırmasına şərait yaratdı. Sadəcə, Azərbaycanın hərbi potensialını və Silahlı Qüvvələrin hazırlıq səviyyəsinin analizini aparmaq kifayət edərdi ki, Ermənistanın İkinci Qarabağ müharibəsində heç bir şansının olmadığını anlayasan”, deyən Mateuş Piskorski münaqişəsinin daha əvvəlcədən sülh yolu ilə həll edilməsi mümkünlüyünün olub-olmaması barədə də irəli sürdüyü fikirlərində bildirib ki, o, istənilən münaqişənin sülh yolu ilə həll olunmasına inanır: “Düşünürəm ki, Ermənistanın əvvəlki rəhbərliyi Serj Sarqsyan başda olmaqla, hətta ona verilən bəzi qiymətlərə rəğmən, Rusiya və Türkiyənin ortaqlığı ilə dialoqa hazır idi. Mövcud məqamda Paşinyanın siyasi iradəsi çatmadı. İrəvanın hazırkı rəhbərliyi bilavasitə Qərbə tərəf orientasiya olunmuşdu. Onlar Rusiyadan üz döndərdilər və ümid etdilər ki, Azərbaycanla baş verən hərbi münaqişədə Qərb onlara kömək edəcək. İrəvan qətiyyətlə istənilən kompromislərdən imtina etdi, hansı baş verənlər baş verməyə də bilərdi. Bu, onun nəticəsidir ki, Ermənistan Qərbə arxalanırdı və bu da onun tamamilə məhvinə gətirib-çıxardı”, Avropanın geosiyasi mərkəzinin analitiki bildirib.