Sosial xidmətlərlə bağlı elektron portaldan 7,4 milyon dəfə istifadə edilib

26 Oktyabr 2021 10:31 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalında qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı 2021-ci ilin 9 ayında da artmaqda davam edərək oktyabrın 1-nə 984 minə çatıb.

Nazirlikdən SİA-ya verilən məlumata görə, 2018-ci ilin son aylarında istifadəyə verilən e-sosial.az portalı vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlara çıxış və hüquqların yarandığı təqdirdə 100-dən çox sosial xidmət növündən çevik rejimdə yararlanmaq imkanı verir. Portalın daha əlçatan olmasına şərait yaradılması üçün portalın “Android” və “İOS” əməliyyat sistemlərindəki versiyaları da fəaliyyət göstərir.

Ölkənin sosial reyestri olan e-sosial.az portalından bu ilin yanvar-sentyabr aylarında 7,4 milyon dəfə istifadə edilib.