Şimal bölgəsinə 23 sm qar yağıb...

26 Oktyabr 2021 09:58 (UTC+04:00)

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

SİA-nın məlumata görə, Qubanın Qrız kəndinə 23 sm, Xınalığa 16 sm, Xaltana isə 3,5 sm hündürlüyündə qar yağıb.

Qusarın Yasab kəndində qarın hündürlüyü 2 sm, Xızının Altıağac kəndində isə 1 sm təşkil edib.

Havanın temperaturu Qubanın Qrız kəndində mənfi 6 dərəcəyədək enib.