Dünya fond bazarlarının əsas indeks göstəriciləri

26 Oktyabr 2021 09:16 (UTC+04:00)

Oktyabrın 25-də Amerika fond bazarında Dow Jones indeksi 0,18 faiz – 35,741.15 bəndədək, S&P 500 indeksi 0,47 faiz – 4,566.48 bəndədək, Nasdaq indeksi isə 0,90 faiz – 15,226.71 bəndədək yüksəlib.

SIA "APA-Economics"in məlumatına istinad edir. Avropa fond bazarlarında oktyabrın 25-də FTSE 100 indeksi 0,25 faiz – 7,222.82 bəndədək, Almaniyanın DAX indeksi 0,36 faiz – 15,599.23 bəndədək yüksəlib, Fransanın CAC-40 indeksi isə 0,31 faiz – 6,712.87 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,21 faiz azalaraq 1 805,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,09 faiz azalaraq 1,1600 dollar təşkil edib.