“Youtube” Braziliya prezidentinə qadağa qoyub

26 Oktyabr 2021 08:59 (UTC+04:00)

"Youtube” videohostinq xidməti Braziliya prezidenti Jair Bolsonaronun rəsmi kanalını bir həftə müddətinə yeni videolar yerləşdirmək imkanından məhrum edib.

Bu barədə ABŞ-ın “Google” şirkətinə məxsus “YouTube” xidməti məlumat yayıb.

Bildirilib ki, COVID-19 haqqında tibbi xarakterli qeyri-dəqiq məlumatların yayılması ilə bağlı qaydaları pozduğuna görə Jair Bolsonaronun kanalından video silinib:

“Biz məzmunun yaradıcısının kim olmasından və onun siyasi baxışlarından asılı olmayaraq öz siyasətimizi ardıcıl şəkildə tətbiq edirik”, – videohostinqin administrasiyası bildirib.