ABŞ kibertəhlükəsizlik idarəsi yaradır

26 Oktyabr 2021 08:02 (UTC+04:00)

ABŞ Dövlət Departamenti yeni kibertəhlükəsizlik idarəsi yaratmaq barədə qərar qəbul edib.

SIA-nın xəbərinə görə, bu barədə Dövlət katibi Entoni Blinken məlumat verib. Məqsəd amerikalı diplomatların informasiya təhlükəsizliyini təmin etməkdir. Yeni idarə 3 istiqamətdə - beynəlxalq kibertəhlükəsizlik, beynəlxalq rəqəmsal siyasət və rəqəmsal azadlıq sahələrində fəaliyyət göstərəcək. İdarənin rəhbərlərini ABŞ Senatı səfirlərin arasından seçəcək.

Entoni Blinken məsələnin təfərrüatlarını yaxın günlərdə elan edəcək.