Tbilisidə ilk moda filmləri festivalı keçiriləcək

26 Oktyabr 2021 05:04 (UTC+04:00)

Noyabrın 29-dan dekabrın 1-dək ilk dəfə olaraq Tbilisidə 2021-ci il Moda Filmləri Festivalı keçiriləcək. Qeyd edək ki, bu xəbəri tədbirin təşkilatçıları yayıb.

Onu da bildirək ki, bu tədbir Cənubi Qafqazda moda ilə bağlı keçirilən ilk festival olacaq. Onun vəzifəsi dəbi kino vasitəsilə ünsiyyət forması kimi təqdim etməkdir: festival modanın incəsənətin digər sahələrini birləşdirəcəyi və yeni baxışların yaranmasına təkan verəcəyi platforma yaradacaq.

Tədbirin rəsmi nümayəndəsi prodüser, media istehsalı və müxtəlif formalarda vizual kommunikasiya ilə məşğul olan Tbilisi rəssamlar qrupunun daxil olduğu “JAMPROJECT” təşkilatı olacaq. Onu da qeyd edək ki, “JAMPROJECT” 2019-cu ildə yaranıb və “Mercedes-Benz” Moda Həftəsi çərçivəsində həyata keçirilən ən uğurlu layihələrdən biridir.

Ağasəf