Misirdə fövqəladə vəziyyət rejimi ləğv edilib

26 Oktyabr 2021 03:59 (UTC+04:00)

Misir Prezidenti Əbdül Fəttah əs-Sisi ölkədə 2017-ci ildən qüvvədə olan fövqəladə vəziyyət rejimini ləğv edib.
SİA-nın xəbərinə görə, dövlət başçısı bunu rəsmi “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, fövqəladə vəziyyət rejimi 2017-ci ilin aprelində kilsələrə ardıcıl hücumlardan sonra tətbiq edilmişdi. Həmin terror aktlarında 45 nəfər həlak olmuş, 130-dək insan xəsarət almışdı. Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürmüşdü.

Xatırladaq ki, 1982-ci ildə də tətbiq edilmiş analoji rejim yalnız 2012-ci ilin yanvarında ləğv edilmişdi.