Naberejnıe Çelnıdakı yaşayış binasında partlayış...

26 Oktyabr 2021 02:51 (UTC+04:00)

Rusiyanın Tatarıstan Respublikasında beşmərtəbəli binanın 4-cü mərtəbəsində qaz sızması nəticəsində güclü partlayış baş verib.

SİA RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə Naberejnıe Çelnı şəhərində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, partlayış nəticəsində mənzil yarasız vəziyyətə düşüb. Ümumilikdə 6 mənzil dağıdılıb.

Dördə nəfər - 2004 və 2010-cu il təvəllüdlü qardaşlar, 1951-ci il təvəllüdlü kişi və 1999-cu il təvəllüdlü qız ağır xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. 1999-cu il təvəllüdlü qızın həyatını xilas etmək mümkün olmayıb.