“Traktor” qələbə qazanıb

26 Oktyabr 2021 02:10 (UTC+04:00)

Təbrizin “Traktor” klubu İran çempionatında növbəti oyuna çıxıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi doğma meydanda “Sanat Naft” ilə qarşılaşıb. Mövsümə məğlubiyyətlə başlayan "al qurdlar" bu dəfə böyükhesablı qələbə qazanıb – 3:0.

Maraqlıdır ki, təbrizlilərin qollarını Azərbaycanda oynamış futbolçular vurub. "Sumqayıt"ın sabiq futbolçusu Peyman Babayi dubl edib. Oyunda son nöqtəni isə "Neftçi"nin sabiq futbolçusu Saman Nərimancahan qoyub.

“Traktor” iki turdan sonra 3 xalla 16 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.