Şagird niyə intihara cəhd edib?

26 Oktyabr 2021 01:54 (UTC+04:00)

Bakı şəhəri 311 nömrəli tam orta məktəbin şagirdinin intihara cəhd etməsi ilə bağlı məlumat yayılıb.

Məktəbdən APA-ya bildirilib ki, 10 a sinif şagirdi dərsdən yayınmaq üçün II mərtəbənin pəncərəsindən aşağı tullanıb.

Hadisə nəticəsində şagirdin qaşı partlayıb.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili yardım çağırılıb, şagirdin valideyninə məlumat verilib.

3 saylı Şəhər Kliniki Xəstəxanasında şagirdin qaşına tikiş qoyulub.

Hazırda şagirdin vəziyyəti qənaətbəxşdir.