FAO ilə tərəfdaşlıq proqramının müddəti uzadılır

26 Oktyabr 2021 00:29 (UTC+04:00)

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında Tərəfdaşlıq proqramının müddəti uzadılır.

SİA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” Sazişin qüvvədəolma müddətinin uzadılmasına dair Protokol”un təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Deputatlar Sazişin qüvvədəolma müddətinin uzadılmasının vacibliyini qeyd ediblər.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.