Qubadlı sakini Mehriban Əliyevaya kəlağayı bağışladı

26 Oktyabr 2021 00:06 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

SİA-nın məlumatına görə, Birinci xanım Mehriban Əliyeva sakinlərlə söhbət edib.

Ata-baba yurdlarına geri dönən sakinlər torpaqlarımızın işğaldan azad olunmasına görə minnətdarlıqlarını bildirdilər. Qubadlı sakini öz hazırladığı əl işindən ibarət kəlağayını birinci xanıma təqdim edib.

Qubadlılılar Azərbaycan xalçaçılıq sənətinin dünyada təbliğində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əməyini xüsusi vurğuladılar. Sakinlər işğaldan azad olunan torpaqlarda xalçaçılıq müəssisələrinin yaradılması ilə bağlı təkliflər səsləndirdilər. Birinci xanım Mehriban Əliyeva təklifləri dəstəklədiyini bildirib.

Sonra Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidov birinci xanıma Azərbaycan naminə gördüyü işlərə və Vətən müharibəsi qazilərinə göstərdiyi qayğıya görə minnətdarlığını ifadə edib.