İstanbul derbisini "Beşiktaş" qazandı

25 Oktyabr 2021 23:35 (UTC+04:00)

Türkiyə Superliqasında 10-cu tura yekun vurulub.

SİA Qol.az-a istinadən xəbər verir ki, turun son matçında İstanbul derbisi olub. "Beşiktaş" doğma meydanda "Qalatasaray"la qarşılaşıb. Oyun "qara qartallar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Beşiktaş" - "Qalatasaray" - 2:1
Qollar:
Çikıldeu, 35 (0:1), Larin, 39 (1:1), 64 (2:1)

Bu qələbə ilə xalını 20-yə yüksəldən "Beşiktaş" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Qalatasaray" isə 17 xalla 8-cidir. Siyahıya 24 xalla "Trabzonspor" başçılıq edir.