"Barselona" bu gün komanda şəklində oynamır

25 Oktyabr 2021 23:31 (UTC+04:00)

"Barselona"nın sabiq futbolçusu Luis Suares Miramontes La Liqanın 10-cu turunda "Real"a uduzan (1:2) Kataloniya klubu haqda danışıb. Sabiq futbolçu "AS"a müsahibəsində deyib.

“Barselona" bir neçə il əvvəlki komandaya bənzəmir və eyni üslubda oynamır. Onlar aqressiv deyillər və komanda şəklində oynamırlar. Həddindən artıq çox oyunçu uğursuz olur. Bu ayaqları və başı olmayan komandadır. "Barselona" kiçik hücum gücünə və müdafiədə tam qarışıqlığa malikdir. Onlar bu cür formada heç nə edə bilməyəcək".