Təşkilat Honq-Konqdakı iki ofisini bağlayacaq

25 Oktyabr 2021 23:24 (UTC+04:00)

Mərkəzi qərargahı İngiltərədə yerləşən Beynəlxalq Əfv Təşkilatı Çinin Honq-Konq xüsusi inzibati bölgəsindəki ofislərini cari il bağlayacağını açıqlayıb. SİA bu barədə xarici mətbuata istinad edir.

Təşkilatın açıqlamasında cari il Honq-Konqdakı iki ofisi bağlayacaqları və beləliklə (bölgədə) fəaliyyətini dayandıran ən son qeyri-hökumət təşkilatı olacaqları ifadə edilib.

Təşkilat Honq-Konqdakı yerli ofisinin bu ay, regional ofisinin ilin sonunda bağlanacağını və regional əməliyyatların Asiya-Sakit okean bölgəsindəki digər ofislərə köçürüləcəyini bildirib.

Beynəlxalq Əfv Təşkilatı İdarə Heyətinin sədri Anjhula Mya Singh Bais bağlanma qərarının Honq-Konqundakı insan haqları təşkilatlarının sərbəst fəaliyyətini qeyri-mümkün edən milli Honq Konqun milli təhlükəsizlik qanununa görə qəbul edildiyini söyləyib.

Çinin ali qanunverici orqanı olan Milli Xalq Konqresinin (NHK) Daimi Komitəsində 30 iyun 2020-ci il tarixində yekdilliklə qəbul edilən qanunu Prezident Si Cinpin də imzalayıb.

Dövləti devirmək cəhdlərini, dövlətə xəyanət və milli təhlükəsizliyə təhlükə yaradan hərəkətləri qadağan edən qanun Çin hökumətinin təsdiqindən sonra Honq-Konq yerli hökumətinin rəsmi qəzetində dərc olunduqdan sonra qüvvəyə minib.