Aİ-dan Ukraynaya 600 mln avro maliyyə yardımı

25 Oktyabr 2021 23:17 (UTC+04:00)

Aİ Komissiyası, Covid-19-un iqtisadi təsirlərinə qarşı hazırlanan makro-maliyyə dəstək proqramı çərçivəsində Ukraynaya yeni kredit tranşının verildiyini açıqlayıb. Komissiyadan bu barədə yayılan açıqlamada Ukraynanın dövlət maliyyəsi, idarəetmə, qanunun aliliyi, biznes mühitinin yaxşılaşdırılması, sektor islahatları və ictimai iştirakçılıq ilə bağlı öhdəlikləri yerinə yetirdiyini diqqət çəkilib və Aİ-nin dəstək proqramı çərçivəsində sözügedən ölkəyə 600 milyon avro yardım ayrıldığı, müxtəlif makromaliyyə dəstək proqramları çərçivəsində ümumilikdə edilən yardım miqdarının 4,4 milyard avroya çatdığı bildirilib.

Qeyd edək ki, İqtisadi böhran zamanı Aİ güçlü münasibətləri olan ölkələrə makromaliyyə dəstək təmin edə bilir. Lakin bu kreditlər, müəyyən şərtlər yerinə yetirilməldikdən sərbəst buraxılır. Avropa İttifaqının maliyyə yardımı, sözügedən ölkənin normal şərtlərdə digər bazarlardan təmin edəcəyi kreditlərdən daha əlverişli ödəniş şərtlər əhatə edir.