Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 47 mina aşkarlanıb

25 Oktyabr 2021 16:54 (UTC+04:00)

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb. ANAMA-dan SİA-ya bildirilib ki, oktyabrın 18-dən 23-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 10 piyada əleyhinə mina, 37 tank əleyhinə mina və 30 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

93.7 hektar ərazi mina və PHS-lərdən təmizlənib