Tovuz parkında ziyanvericilər aşkarlanıb

25 Oktyabr 2021 14:15 (UTC+04:00)

Tovuzda bitkilər arasında zərərvericilərlə siyirtlənmə müəyyən edilib. Bu barədə SİA-ya Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məluata görə, agentliyin fitosanitar müfəttişləri tərəfindən Tovuz rayonunun Qovlar şəhəri ərazisində yerləşən mərkəzi parkda həyata keçirilən monitorinqlər nəticəsində dekorativ bitkilərdə karantin tətbiq edilən yastıcaya və ağqanadlıya sirayətlənmə halları aşkar olunub.

Aşkar olunmuş zərərvericilərlə mübarizə üsulları barədə məsul şəxslərə məlumat verilib, həmçinin yaşıllıq və parklara aqrotexniki qaydada qulluq edən sahə aqronomu və texniki işçilərlə elmi-təcrübi fikir mübadiləsi aparılıb və zəruri göstərişlər verilib.