YAP Şamaxı rayon təşkilatının əməkdaşları şəhidin ildönümü mərasimində iştirak ediblər ANIM

25 Oktyabr 2021 13:44 (UTC+04:00)

Şamaxı RİHB-sı Tahir Məmmədov, millət vəkili Tamam Cəfərova, YAP Şamaxı rayon təşkilatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları İkinci Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış Atakişiyev Tərlan Dərgah oğlunun və Kərimov Haqverdi Sadiq oğlunun şəhid olmasının ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak etmişlər. Həmçinin, şəhidin məzarı ziyarət edilərək önünə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. Sonra tədbir iştirakçıları Ovculu kəndində şəhid MAXE Kərimov Haqverdi Sadiq oğlunun adının əbədiləşməsi məqsədilə yeni inşa olunmuş bulağın açılışında iştirak etmişlər.

Tədbirdə Şamaxı RİHB-sı Tahir Məmmədov çıxış edərək qeyd etmişdir ki, Vətənin cəsur, qorxmaz, düşmənə aman verməyən igid oğulları 30 ilə yaxın yağı tapdağı altında inləyən torpaqlarımızı əzəli sahibinə qaytarmaqla həm də Azərbaycan xalqının üzülmüş ümidini, namusunu, qeyrətini özünə qaytardılar. Alnımızdakı ləkəni sildilər və qisas qiyamətə qalmadı, Azərbaycan xalqının qisası düşməndən artıqlaması ilə alındı.

Rəfiqə